Droqba “Yuventus”dan təklif gözləyir
10.07.2014 - 06:53
“Qalatasaray”ın keçmiş hücumçusu Didye Droqba “Yuventus”dan təklif gözləyir. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda İstanbul klubundan ayrılan hücumçu hələlik özünə klub tapmayıb.
Mənbənin verdiyi xəbərə görə, Turin klubu Droqbaya dünya çempionatı başa çatandan sonra təklif irəli sürməyə hazırlaşır.
Xatırladaq ki, Didye Droqba ötən mövsüm “Qalatasaray”ın heyətində 32 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
0
0