“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba Çempionlar Liqasının qrupun mərhələsinin son matçındakı “Yuventus” qələbəsindən danışıb. Apasport.az-ın xəbərinə görə, klub televiziyasına açıqlamasında 35 yaşlı hücumçu həmin oyunda komanda yoldaşı Uesley Sneyderə verdiyi qol ötürməsindən danışıb:
“Hamı gəlmişdi. Bu əla bir şeydi. Klub üçün unudulmaz gün idi. Sneyder dayanmadan mənə qışqırırdı. Topu ona göndərməyim üçün mənə qışqırırdı. Yeganə şansım vardı ki, topu ona ötürüm, yoxsa məni öldürəcəkdi. O ötürmədən sonra əla qol alındı”.
Qeyd edək ki, “Qalatasaray” ÇL-in qrup mərhələsindəki son matçda “Yuventus”la qarşılaşmış və yoğun qar yağışı səbəbindən görüş təxirə salınmışdı. Növbəti gün qaldığı yerdən davam edən oyunda “Cim-Bom” Sneyderin yeganə qolu ilə (1:0) qalib gələrək növbəti mərhələyə adlamışdı. İstanbul klubunun 1/8 final mərhələsindəki isə rəqibi İngiltərə “Çelsi”sidir.