Droqba Soma qurbanlarının ailələrinə 1 milyon avro bağışladı
16.05.2014 - 23:10
Droqba Soma qurbanlarının ailələrinə 1 milyon avro bağışladı

 

“Qalatasaray”ın futbolçusu Didye Droqba həqiqətən də böyük insan olduğunu nümayiş etdirib. Apasport.az saytının məlumatına görə, afrikalı ulduz Somada həlak olan şaxtaçıların ailələrinə 1 milyon avro bağışlayıb.

 

Qeyd edək ki, 36 yaşlı futbolçunun “Qalatasaray”dakı məvacibi ildə 7 milyon avrodur. Sosial şəbəkə istifadəçiləri ulduz futbolçunu “örnək” adlandırıblar. Ona qədər nə yerli, nə də heç bir xarici futbolçu bu addımı atmayıb.

 

Məsələn, “Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder ancaq mənəvi dəstəklə kifayətlənib.           İldə 7,5 milyon avro qazanan baş məşqçi Roberto Mançini də faciə qurbanlarının ailələrinə heç bir maddi kömək göstərməyib.