“Qalatasaray” futbol klubunun ulduz futbolçusu Didye Droqba da Soma faciəsinə biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, hücumçu Türkiyəyə dəstəyini göstərmək üçün müalicə olunduğu Qətərdən geri dönəcəyini bildirib.
Qətərin paytaxtı Dohadakı özəl xəstəxanada müalicə olunan 36 yaşlı Droqba “Mançester Siti”nin oyunçusu Yaya Ture ilə bir yerdə ərəb geyimi geyinib: “Qardaşlarımla bir yerdə Dohada gözəl günlər keçirirəm. Qonaqpərvər, çox yaxşı insanların olduğu bir yerdəyəm. Mənə çox ağır günlərimdə kömək edən insanlara təşəkkür edirəm. Türkiyə, sizi dəstək olmaq və sizinlə bir yerdə dua etmək üçün geri dönürəm”.