Droqba və Ramires Lissabona aparılmadı
29.09.2014 - 22:20
Droqba və Ramires Lissabona aparılmadı

“Çelsi”nin baş məşqis Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Sportinq”lə oyun üçün 2 futbolçunu Lissabona aparmayıb. Apasport.az saytının məlumatına görə, London klubu Portuqaliyanın paytaxtına tam heyətlə yollanmayıb.

 

Belə ki, “zadəganlar”ın heyətində yarımmüdafiəçi Ramires və hücumçu Didye Droqba zədəli olduqları üçün komandalarına kömək edə bilməyəcəklər. Hər iki futbolçu bərpa dövrünü hələ tam başa vurmayıblar.

 

Qeyd edək ki, “Çelsi”nin “Sportinq"lə görüşü sentyabrın 30 baş tutacaq. Matç Bakı vaxtı ilə saat 23-45-də start verəcək.