Droqbanın dünya çempionatı arzusu
23.05.2014 - 03:39
“Qalatasaray”dan ayrılmaq üzrə olan Didye Droqba milli komandadakı karyerasını müsbət notda bitirmək istəyir. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu mundialda uğurlu nəticəyə ümid edir.
Bundan əvvəl iki dəfə dünya çempionatına qatılan afrikalı futbolçu komandasının qrupdan çıxa bilmədiyini xatırladıb. Onun fikrincə, bu dəfə Kot d-İvuar millisi uğura imza atmaq qabiliyyətindədir.
Qeyd edək ki, Droqba milli komandanın heyətində 99 dəfə meydana çıxaraq, 63 qol vurub.
0
0