Droqbaya sürpriz təklif
18.07.2015 - 09:31
“Çelsi”nin hücumçusu Didye Droqba karyerasının son illərini ABŞ-da keçirə bilər. Apasport.az saytı xəbər verir ki, veteran futbolçu “Çikaqo Fayr” klubunun maraq dairəsindədi.
Çikaqo klubu Fil Dişi Sahilidən olan 37 yaşlı qolçuya artıq rəsmi təklif də göndərib. Belə ki, “Çikaqo Fayr” rəhbərliyi Droqba ilə 1,5 illik müqavilə bağlamağa hazırdı. Amerikalılar ona ilinə 2,5 milyon dollar maaş təklif ediblər. Droqba ilə həmçinin Qətər klubları da maraqlanırlar.
Qeyd edək ki, Didye Droqba ötən mövsüm “Çelsi”nin heyətində Premyer Liqada 28 oyunda iştirak edib, 4 qola imza atıb.
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
0
0