Dünya çempionatında 40 komanda iştirak edə bilər
03.08.2015 - 14:54
Dünya çempionatında 40 komanda iştirak edə bilər

Futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edən komandaların sayı artırıla bilər. Apasport.az saytı xəbər verir ki, iştirakçıların sayının 32-dən 40-a çatdırılması mümkündü.

 

Bunun üçün isə Mişel Platini FİFA prezidenti seçilməlidi. Belə ki, ali futbol qurumunun rəhbəri postuna namizədliyini irəli sürən UEFA prezidenti Platini istəyinə çatacağı halda, dünya çempionatına qatılan komandaların sayını artıracağını bildirib.

 

O deyib ki, FİFA-nın prezidenti seçilsə, mundial iştirakçılarının sayını 40-a çatdıracaq.

 

Qeyd edək ki, məhz Platininin istəyi ilə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların sayı artırılıb. Gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində 16 deyil, 24 yığma mübarizə aparacaq.