Dünya çempionatının 5-ci iştirakçısı müəyyənləşdi
14.08.2014 - 08:00
Dünya çempionatının 5-ci iştirakçısı müəyyənləşdi

Cənubi Amerikanın ən güclü klubunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Libertadores kubokunun qalibi adını Argentinanın “San Lorenso” klubu qazanıb.

 

Səfərdəki ilk oyunda 1:1 hesabı ilə kifayətlənən argentinalılar Paraqvayın “Nasional” komandasını öz meydanında məğlub edə bilib – 1:0. Bununla da “San Lorenso” tarixində ilk dəfə Cənubi Amerikanın ən güclüsü adına yiyələnib.

 

Qeyd edək ki, Argentina təmsilçisi bununla da klublararası dünya çempionatına vəsiqə əldə edib. “San Lorenso” bu il dekabrın 10-20-də Mərakeşdə keçiriləcək mundialın 5-ci iştirakçısı olub. Bunadək Avropadan “Real” (İspaniya), Okeaniyadan “Oklend” (Yeni Zelandiya), KONKAKAF-dan “Kruz Asul” (Meksika) bu hüququ qazanmışdı. Afrika təmsilçisi “Moqreb Tetuan” (Mərakeş) isə meydan sahibi kimi yarışa qatılacaq. Mundiala son iki vəsiqə isə Afrika və Asiyada Çempionlar Liqasını qazanacaq komandalara nəsib olacaq.