Futbol üzrə dünya çempionatının açılışını və ilk oyununu qəbul etməli olan San-Pauludakı “İtakerana” stadionu test oyununa tam hazır deyil. Apasport.az saytının məlumatına görə, mündialdan əvvəl bu meydanda “Korintianos” və “Fiqeyrens” arasında ilk və yeganə oyun keçirilməlidir.
Stadionun meneceri Lusio Blanko bildirib ki, hələ 10 min nəfəri tutacaq arenanın tikintisi başa çatmayıb. Bundan əlavə, arena FİFA-nın bir sıra digər tələblərinə də cavab vermir.
Martın 31-də stadionda fəhlənin faciəli ölümündən sonra tikinti problemlərindən əlavə, stadiondakı bütün işlər də dayandırılıb. Ötən ilin noyabrında isə stadionda daha 2 nəfər ölmüşdü.
“İtakerana” stadionunun ümumi tamaşaçı tutumu 69 min 160 azarkeşdir.