Dünya çempionatının kubokunu Braziliyalı gözəl təqdim edəcək
11.07.2014 - 03:01
Dünya çempionatının kubokunu Braziliyalı gözəl təqdim edəcək

 

Futbol üzrə dünya çempionatının finalından sonra mükafatın qalibə kimin təqdim edəcəyi məlum olub. Apasport.az saytının məlumatına görə, kuboku İspaniya millisinin tərkibində dünya çempionu olan Karles Puyol və braziliyalı supermodel Jizel Bundhen təqdim edəcək.

 

Rəsmi mərasimin iştirakçıların adlarını FİFA açıqlayıb. Təşkilatın rəsmi saytında bununla bağlı bildirilir: “İspaniya yığmasının turniri tərk etməsinə, Karles Puyolun isə karyerasını başa vurmasına baxmayaraq, o, milyonlarla azarkeşin sevimlisidir. Jizel Bundhen isə hər şeydən əlavə “Louis Vuitton” brendinin səfiridir”.