Dünya kubokunun 6 metrlik sürəti yandırıldı
21.05.2014 - 20:59
Dünya kubokunun 6 metrlik sürəti yandırıldı

 

Braziliyada naməlum şəxslər dünya kubokunun 6 metrlik surətini yandırıblar. Apasport.az saytının məlumatına görə, kubokun surəti Braziliya yığmasının mundial zamanı yerləşəcəyi təlim bazasının yanında qurulubmuş.

 

6 metrlik mükafat mundial sahiblərinin Tresopolis şəhərindəki bazasının yaxınlığında, şəhərin əsas küçələrindən birində nümayiş etdirilirmiş. Şəhər meri cinayətkarların tutularaq cəzalandırılacağına söz verib. Artıq polis hadisəni araşdırmağa başlayıb.

 

Bu, ilk belə aksiya deyil. Bundan əvvəl vandallar böyük futbol şarlarını və dünya çempionatının talismanı olan Fulekonun böyük fiquruna hücum ediblər.