Ən çox qazanan qapıçı olacaq
12.12.2014 - 18:30
Ən çox qazanan qapıçı olacaq

“Mançester Yunayted”dəki ilk mövsümündə ümidləri doğrultmayan qapıçı David De Xea artıq komandanın əvəzedilməz simasına çevrilib. Apasport.az-ın məlumatına görə, “qırmızı şeytanlar” ispaniyalı qolkiperə yeni müqavilə təklif etməyə hazırlaşır.

 

Buna səbəb De Xea ilə Madrid “Real”ının yaxından maraqlanmasıdı. Lakin onu əldən buraxmaq istəməyən ingilislər De Xeaya “yox” deyə bilməyəcəyi təklif göndərəcək. 24 yaşlı qolkiper buna razılıq versə, 5 illik müqavilə qarşılığında 45 milyon avro əldə edəcək. Bununla isə De Xea dünyanın ən çox qazanan qapıçısı ola bilər.

 

Qeyd edək ki, David De Xeanın “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2016-cı ilin yayına qədərdi.