Dünyanın ən güclü klubu - “Volfsburq”!
27.01.2014 - 10:00
Dünyanın ən güclü klubu - “Volfsburq”!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü qadın komandalarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun hesablamalarına əsasən, 2013-cü ilin 10 ən yaxşı klubu müəyyənləşib.

 

İFFHS-in siyahısına Almaniyanın “Volfsburq” klubu başçılıq edir – 140 xal. Fransa “Lion”u 96 xalla 2-ci pillədə qərarlaşıb. ABŞ təmsilçisi “Torns de Portlend” komandası da 41 xalla ilk “üçlük”də yer alıb.

 

Qeyd edək ki, ən güclü 10 komanda sırasında Almaniya və İngiltərə daha çox – hərəyə 2 klubla təmsil olunub.