Dünyanın ən yaxşı futbolçusu cəzalandı
05.02.2014 - 18:47
Dünyanın ən yaxşı futbolçusu cəzalandı

İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo 3 oyunluq cəzalanıb. Apasport.az saytının məlumatına görə, İspaniya Futbol federasiyasının İntizam Komitəsi hücumçunun “Atletik”lə qarşılaşmadakı hərəkətlərini müzakirə edərək gözlənilən qərarı çıxarıb. Madrid təmsilçisi yığıncaqda 2013-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilən bombardirinin cəzasını yüngülləşdirə bilməyib.

 

Rəqibini vurduğu üçün meydandan qovulan, sonra isə hakimin ünvanına qeyri-etik jest edən Ronaldo Primeranın növbəti 3 görüşünü buraxmalı olacaq. Bu gün ölkə kubokunun “Atletiko” ilə matçında meydana çıxacaq portuqaliyalı “Vilyarreal”, “Xetafe”,ve “Elçe” ilə oyunları kənardan izləyəcək.