Dünyanın ən yaxşı pleymeykerinin adı açıqlandı
20.01.2014 - 11:02
Dünyanın ən yaxşı pleymeykerinin adı açıqlandı

Dünyanın ən yaxşı pleymeykerinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cu ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb.

 

Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən İspaniya milli komandasının və “Barselona” klubunun yarımmüdafiəçisi Andres İnyesta hamıdan yaxşı olub. O, 132 xalla izləyicilərini xeyli qabaqlaya bilib.

İkinci pillədə Almaniya yığması və “Arsenal”ın (bundan öncə Madrid “Real”ının) futbolçusu Məsut Özil qərarlaşıb. O, cəmi 94 xal toplayıb. İtaliya millisinin sabiq üzvü, hazırda “Yuventus”un şərəfini qoruyan Andrea Pirlo isə 78 xalla 3-cü olub.


Siyahıda sonrakı yerləri Bastian Şvaynştayger (Bavariya, 61 xal), Xavi (Barselona, 56), Yaya Ture (Mançester Siti, 21), Toni Krus (Bavariya, 10), David Silva (Mançester Siti), Xuan Mata (Çelsi, hər ikisi 6) tutublar.