Eddi İsrafilov Azərbaycan yığmasında oynamağa razılıq verdi
08.01.2015 - 17:00
Eddi İsrafilov Azərbaycan yığmasında oynamağa razılıq verdi

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov, nəhayət ki, Azərbaycan millisində oynamağa razılıq verib. Apasport.az saytının məlumatına görə, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

 

Az öncə başa çatan görüşdə tərəflər Eddi İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə edib. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq. AFFA buna görə Eddi İsrafilova heç bir məbləğ ödəməyəcək.

 

Qeyd edək ki, Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdu.

 

Ruslan SADIQOV