Eddi İsrafilovun adı “18-liy”ə belə salınmadı
12.01.2015 - 00:34
İspaniya La Liqasında XVIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Qranada” doğma azarkeşləri önündə “Real Sosyedad”la qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb.
Bu oyunda millimizin heyətində forma geyinməyə razılıq verən Eddi İsrafilov mübarizə aparmayıb. Anası azərbaycanlı, atası anqolalı olan 22 yaşlı yarımmüdafiəçinin adı “18-liy”ə belə salınmayıb.
Qedye dək ki, “Qranada” 14 xalla turnir cədvəlinin son pilləsində yer alır.
0
0