Eddi İsrafilovun adı yenə protokola salınmadı
08.02.2015 - 01:16
İspaniya La Liqasında XXII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə "Vilyarreal"ın qonağı olub.
Qarşılaşmada meydan sahibləri 2:0 hesablı ilə qalib gəlib. Bu görüşdə Eddi yenə meydana çıxmayıb. Onun adı matçın protokoluna salınmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 19-cu pillədə qərarlaşır.
0
0