[b]Əfran İsmayılov rəsmən "İnter"də![/b]
01.01.2015 - 19:30
[b]Əfran İsmayılov rəsmən "İnter"də![/b]

“İnter” yeni ildə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Bakı klubu “Xəzər Lənkəran”dan ayrılan Əfran İsmayılovla 6 aylıq müqavilə imzalayıb.

 

Millimizin üzvü 2014-2015-ci il mövsümünün sonuna qədər “bankirlər”in şərəfini qoruyacaq.

 

Qeyd edək ki, "İnter" yanvar ayının 2-də Türkiyənin Antalya mahalına toplaşacaq. Növbəti gündən isə komanda məşqlərə start verəcək. "İnter" vətənə yanvarın 24-də qayıdacaq.