Əfsanəvi futbolçu İbrahimoviçi təriflədi
21.01.2015 - 23:14
Əfsanəvi futbolçu İbrahimoviçi təriflədi

Braziliyalı əfsanəvi futbolçu Ronaldo PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi tərifləyib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının forvardı İsveç milli komandasının üzvünü müasir futbolda ən yaxşı hücumçu adlandırıb.

 

Ronaldo bildirib ki, Zlatan onu təəccübləndirib: “Düşünürəm ki, İbrahimoviç hazırda ən yaxşı hücumçudu. O, 10 nömrəli futbolkanı geyinir və necə lazımdı oynayır. Keçən il mən Parisdə oldum və onun iştirakıyla matçları izlədim. Zlatanın meydanda etdiyi hərəkətlər məni təəccübləndirdi. İbrahimoviç bu gün çox-çox yaxşı futbolçudu”.