Braziliya yığmasının, eləcə də “Barselona”, “İnter”, Madrid “Real”ı və “Milan” kimi nəhəng klubların formasını geyinmiş Ronaldo yenidən futbola qayda bilər. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə butslarını mismardan asan “fenomen”in ABŞ klubunda çıxış etmək variantı gündəmə gəlib. O, sahiblərindən biri olduğu “Fort-Loderdeyl Straykers” klubuna futbolçu kimi də xidmət etmək fikrinə düşüb. Bununla bağlı danışan “yekədiş” ABŞ futbolunun daha da inkişaf edəcəyini vurğulayıb: “Bu komandanın formalaşmasında aktiv şəkildə iştirak edəcəm. Bundan əlavə, klubun həyata keçirdiyi aksiyalara da qatılacam. Əminliklə deyə bilərəm ki, ABŞ futbolu tezliklə zirvələrə qalxacaq. İstəyirəm ki, bunda mən də pay sahibi olum”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı