Əfsanəvi futbolçu yenidən yaşıl meydanlara qayıdır
24.02.2015 - 21:42
Əfsanəvi futbolçu yenidən yaşıl meydanlara qayıdır

Əfsanəvi braziliyalı hücumçusu Ronaldo dörd ildən sonra yenidən yaşıl meydanlara qayıdır. Apasport.az saytının məlumatına görə, 38 yaşlı futbolçu ABŞ-ın II divizionunda çıxış edən Florida təmsilçisi “Fort-Loderdeyl Straykers”də forma geyinəcək.

 

Öz qayıdışını elan da edən Ronaldo çəkisini azaltmağa hazırlaşdığını bildirib.

 

Qeyd edək ki, “Yekə diş” ləqəbli oyunçu ötən ilin dekabrında klubun səhimlərinin böyük paketini əldə edib. “Barselona”, “İnter”, “Real” və “Milan” kimi nəhəg komandalarda çıxış edən “sambaçı” karyerasını 2011-ci ildə “Korintians”da başa vurub.