Əl-Şaravi "Monako"da oynayacaq
13.07.2015 - 15:20
“Milan”ın hücumçusu Stefan Əl-Şaravi karyerasını Fransa çempionatında davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, 22 yaşlı futbolçu “Monako”nun formasını geyinəcək.
Belə ki, Monte-Karloya yollanan Əl-Şaravi bu gün tibbi müayinədən keçməlidi.
İtaliya yığmasının üzvü yeni komandasında icarə əsasında çıxış edəcək. Fransızlar 1 illik icarə üçün qarşı tərəfə 3 milyon avro ödəyəcəklər.
Əl-Şaravi tibbi müayinədən keçdikdən sonra Liqa-1 təmsilçisi ilə müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, “Cenoa”nın yetirməsi olan Əl-Şaravi 2011-ci ildən “Milan”ın şərəfini qoruyur.
0
0