Elbrus Məmmədov: İkinci hissədə bir qədər problem oldu
08.03.2015 - 19:29
“Qarabağ”a qarşı oynadığımızı nəzərə alsaq, futbolçulardan razı qaldım". Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
O, Topaz Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Qarabağ”a 1:0 hesabı ilə məğlub olmalarına şərh verib: “İkinci hissədə bir qədər problem oldu. Ona görə də qol buraxdıq. “Qarabağ”la bağlı xoş sözlər demək olar. Rəqib Azərbaycanın ən güclü komandasıdı. “Qarabağ”da boşluqlar tapmaq çox çətindi”. (pfl)
0
0