Elbrus Məmmədov: Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq
11.02.2015 - 18:26
“Böyük oyun" maraqlı alındı. Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Topaz Premyer Liqasının XXI turunda “Neftçi”nin qonağı olan “Xəzər Lənkəran” 0:2 hesabı ilə məğlub olub. Məmmədov bildirib ki, görüşdə heç də gənc futbolçuların təcrübəsizliyi səbəbindən uduzmayıblar: “Rəqib haqqında heç nə demək istəməzdim. Sadəcə, onları təbrik edirəm. Biz isə növbəti oyunlara ciddi hazırlaşmalıyıq”.
Mənbə: pfl.az
0
0