Ələsgərov “üçlük”də, “Xəzər Lənkəran”ın transferi zirvədə
29.03.2014 - 15:38
Ələsgərov “üçlük”də, “Xəzər Lənkəran”ın transferi zirvədə

“Bakı”nın futbolçusu Namiq Ələsgərov cari mövsüm Topaz Premyer Liqasında qol vuran 3 ən gənc oyunçu arasına düşüb. Apasport.az saytının məlumatına görə, bu gün “Simurq”la görüşdə hesabı açan futbolçu 19 yaş 54 günlüyündə fərqlənib.

 

Mövsümün 2 ən gənc futbolçusu isə “Sumqayıt”ın heyətində buna nail olan Orxan Əliyevlə Ruslan Nəsirlidir. Onların hər ikisi ötən il dekabrın 20-də “Xəzər Lənkəran”la keçirilən XVIII turun qarşılaşmasında fərqlənmişdilər. Orxan indi şərəfini qoruduğu cənub təmsilçisinin qapısına qol vuranda, 17 yaş 365 günlük, Ruslan isə həmin gün 18 yaş 221 günlük idi.

0