“Vaqif Cavadovun transferi “Neftçi”də heç kimin ağlından keçmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”də prezidentin müşaviri vəzifəsində çalışan Elnur Əşrəfoğlu deyib.
Türkiyə klubu “Qaziantep BB”dən ayrılan və hazırda işsiz olan milli komandamızın hücumçusu Vaqif Cavadovun karyerasını Azərbaycanda davam etdirməsi gözlənilir. Lakin Əşrəfoğlu bildirib ki, 26 yaşlı futbolçu “Neftçi”də çıxış etməyəcək: “Bizim gündəmimizdə belə bir futbolçu yoxdu. Ümumiyyətlə, bu qış çox oyunçu transfer etməyi düşünmürük”.
Qeyd edək ki, Cavadov Azərbaycanda “Qarabağ”, “Bakı” və “İnter”in formasını geyinib.