Elvin Məmmədov sabiq komandasına qayıtdı
24.05.2014 - 14:05
“İnter” ikinci transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının gümüş mükafatçısı Mirzağa Hüseynpurun ardınca Elvin Məmmədovun keçidini həll edib.
Son mövsümü “Bakı”da keçirən yığmamızın 26 yaşlı yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “İnter” Məmmədov üçün yad komanda deyil. O, 2007-ci ildə “Turan”dan “bankirlər”ə transfer olunaraq, paytaxt təmsilçisinin uğurları üçün çalışıb.
0
0