“Məşqlərimizi davam etdiririk. Komandada dostluq münasibəti, gözəl ab-hava var”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə klubun rəsmi saytına açıqlamasında deyib.
Antalyada klubu ilə təlim-məşq toplanışında olan milli komandamızın futbolçusu hədəflərinin çempionluq olduğunu vurğulayıb: "Hər şey qaydasındadı. "Neftçi"nin nəinki bu mövsüm, hər mövsüm tək hədəfi çempionluqdu. Bu məşqlərin bəhrəsini görüb çempion olmalıyıq. Futbolçuların potensialına, komandanın gücünə baxsaq, bu həmin “Neftçi”di ki, 3 il ard-arda çempion olub".
Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah Səudiyyə Ərəbistanı təmsilçisi "Hajer"ə qarşı keçirəcək.