“Bütün iştirakçıları salamlayıram. Nəhayət, biz bu forumu keçirməyə müvəffəq olmuşuq”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bu gün “Absheron Marriott” otelində Beynəlxalq Futbol Könüllülüyü Forumu start götürüb.
Forumda çıxış edən Məmmədov nitqində bunları söyləyib: “Könüllülük mədəniyyəti vəzifə ilə əlaqədar deyil. Bu, sosial həyatı, eyni zamanda insanlar arasında rabitəqurmanı təşviq edir. Könüllülük gənc olmalıdır fikri düzgün deyil. Guya deyilir ki, 30 yaşdan çox olmamalıdır. Ancaq belə deyil. Onlardan tələb olunan istək, bu işə olan həvəsdir. AFFA prezidenti Rövnəq Abdullayevə, təhsil nazirinin müavini Ceyhun Bayramova, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova bu tədbirin baş tutmasına görə təşəkkür edirəm. Bu forumun müvəffəqiyyətlə keçəcəyinə inanıram”.