Elxan Məmmədov: Əvvəl paytaxt derbisi, sonra autsayderlərin dueli
15.02.2014 - 14:36
AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasının XXI turunun iki oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, hazırda davam edən “Bakı” – “Neftçi” qarşılaşmasını paytaxtın eyniadlı təmsilçisinin təlim-məşq bazasında canlı izləyən Məmmədov daha bir görüşə şahidlik edəcək.
Belə ki, baş katib “Sumqayıt”la “Rəvan” arasında matç zamanı da arenada olacaq. Bunun üçün Məmmədov Sumqayıta yollanaraq autsayderlərin görüşünə baxacaq. Bu matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, paytaxt derbisini millimizin baş məşqçisi Berti Foqts da izləyir.
0
0