“Milli komandanın yoldaşlıq matçı keçirməsi üçün bir neçə ölkəyə dəvət göndərmişdik. İlk təsdiqləyən Filippin oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədiov deyib.
O bildirib ki, martın 5-də Filippinlə görüşəcək Azərbaycan millisi mayda daha bir yoxlama oyunu keçirəcək. Lakin həmin rəqib daha güclü olacaq: "Bizim üçün əsas məsələ mayda güclü bir komanda ilə qarşılaşmaqdır. Bu məsələ 2-3 həftəyə dəqiqləşəcək. Böyük ehtimalla, dünya çempionatında iştirak edəcək bir yığma ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin komandanın adını yaxın vaxtlarda biləcəksiz”.