Elxan Məmmədov: Qalib şəhərlərin adları sentyabrın 21-də açıqlanacaq
07.03.2014 - 12:08
Elxan Məmmədov: Qalib şəhərlərin adları sentyabrın 21-də açıqlanacaq
AFFA-nın baş katibi Elxan Məmmədov 2020-ci il Avropa çempionatına Bakının namizədliyinə dair sənədlərin aprelin 24-dək veriləcəyini söyləyib. Apasport.az saytı xəbər verir ki, Məmmədov sənədlərin disk və çap formatında təqdim olunacağını deyib.

Baş katib bu gün “Hilton” otelində keçirilən AFFA-nın növbəti Hesabat Konfransında bildirib ki, UEFA komissiyası namizəd şəhərlərə baxış keçirəcək və qalib şəhərlərin adları sentyabrın 21-də açıqlanacaq.
 
0