[b]Elxan Məmmədov: Qrupda 3-cü yeri tutmaq iddiamızda qalırıq[/b]
23.02.2014 - 17:17
[b]Elxan Məmmədov: Qrupda 3-cü yeri tutmaq iddiamızda qalırıq[/b]

“İtaliya yığmasının ölkəmizdə çoxlu azarkeşləri var. Ancaq əminəm ki, həmin azarkeşlər millimizin İtaliya ilə görüşündə bizi dəstəkləyəcəklər. Marketinq tərəfdən yanaşdıqda isə stadionun dolacağını və biletlərin hamısının alınacağını demək olar”. Bunu apasport.az saytına açıqlamasında hazırda Fransada 2016-cı il Avropa çempionatının püşkatmasında iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Məmmədov AVRO-2016-nın seçmə mərhələsində C qrupuna düşmüş rəqiblərlə bağlı bunları deyib: “Digər rəqiblərimizə gəlincə, Malta ilə 6 ay əvvəl yoldaşlıq oyunu keçirmişdik və 3:0 hesabı ilə Bakıda qalib gəlmişdik. Xorvatiya ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Artıq bir neçə dəfə klublarımız bu ölkə təmsilçiləri ilə qarşılaşıb. Bolqarıstanla ilk dəfə qarşılaşacağıq. Norveçlə isə artıq bir seçmə mərhələdə üz-üzə gəlmişik. Ancaq bu, çoxdan olub”.

 

Baş katib püşkatmanın nəticəsi bilinəndən sonra qrupda 3-cü yeri tutaraq, Avropa çempionatına çıxmaq iddialarından əl çəkmədiklərini də bildirib: “Biz iddiamızda qalırıq. Hədəfimiz qrupdan minimum 3-cü pillədə çıxmaqdır. Bunun üçün mübarizə aparacağıq”.

 

Məmmədov seçmə mərhələnin təqvimini isə az sonra müzakirə edəcəklərini bildirib: “Hazırda görüş olmalıdır. Bunu gözləyirik. Görüş zamanı münasib təqvimin düşməsinə çalışacağıq. Təqvim bilindikdən sonra UEFA-nın saytı bu haqda məlumat verəcək”.