Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü
22.09.2015 - 12:37
2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri ölkəmizə səfər ediblər. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün futbol federasiyasının inzibati binasında baş katib Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof VonVattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, AÇ-nin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb, turnirə hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində UEFA nümayəndələri Avopa çempionatının infrastruktur, otel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0