Elxan Məmmədova FİFA-nın döş nişanı təqdim olunub
23.10.2014 - 08:59
FİFA-nın mənzil qərargahında FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun İsveçrənin Sürix şəhərindəki mənzilində baş tutan tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Azərbaycan nümayəndəsi komitənin üzvü kimi ilk dəfə olaraq bu iclasa qatılıb. Ali futbol qurumunun prosedur qaydalarına uyğun olaraq yeni komitə üzvlərinə FİFA prezidenti tərəfindən döş nişanı təqdim olunub. Tədbirdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Şeyx Əli iştirak edib.
Mənbə: affa.az
0
0