Emeri “Milan”ın baş məşqçisi ola bilər
23.05.2014 - 05:25
“Sevilya”nın baş məşqçisi Unai Emeri “Milan”a başçılıq edə bilər. Apasport.az saytının məlumatına görə, “Sky Sport Italia” qəzeti 42 yaşlı ispaniyalı mütəxəssisin artıq Milan klubu ilə danışıqlara başladığını iddia edir.
Xəbərdə bildirilir ki, “Milan”ın vitse-prezidenti Adreano Qalliani artıq bir neçə dəfə Emeri ilə danışıqlar aparıb.
Xatırladaq ki, Emeri bu mövsüm “Sevilya” ilə birgə Avropa Liqasında qalib gəlib.
0
0