Emil Balayev “Ayntraxt”a nə vaxt qoşulacaq?
24.12.2014 - 15:22
Emil Balayev “Ayntraxt”a nə vaxt qoşulacaq?

“Ayntraxt”ın azərbaycanlı transferi Emil Balayevin yeni komandasına qoşulacağı tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, gənclər millimizin qapıçısı yanvarın 4-də Almaniyaya yollanacaq.

 

Yanvarın 4-dən 10-dək “Ayntraxt” futzal turnirində iştirak edəcək. Balayev də ilk matçını yəqin ki, elə həmin vaxt keçirəcək. Yanvarın 13-də Bundesliqa təmsilçisi təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanacaq. Ayın 23-nə qədər Dubayda qalacaq frankfurtlular bu müddətdə bir neçə yoxlama görüşü də keçirəcəklər. Tomas Şaafın komandası yanvarın 23-də Almaniyaya qayıdacaq və çempionata son hazırlığı doğma Frankfurtda keçəcək.

 

Qeyd edək ki, Almaniya Bundesliqasında II dövrəyə yanvarın 31-də start veriləcək. “Ayntraxt” ilk oyununu həmin gün səfərdə “Frayburq”a qarşı keçirəcək.