Emil Balayevin adı yenə iştirak ərizəsinə salınmadı
01.03.2015 - 00:03
"Ayntraxt"ın üzvü olan millimizin qapıçısı Emil Balayevin adı yenə iştirak ərizəsinə salınmayıb. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi Almaniya Bundesliqasının XXIII turunda "Hamburq”la qarşılaşıb.
Matç 2:1 hesabı ilə "Ayntraxt"ın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, frankfurtlular bu oyundan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb.
0
0