Emil Balayevin daha bir rəqibinə müştəri çıxdı
05.01.2015 - 17:20
Emil Balayevin daha bir rəqibinə müştəri çıxdı

Emil Balayevin yenicə transfer olunduğu “Ayntraxt” daha bir qapıçısı ilə yollarını ayıra bilər. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ABŞ-a köçməyə hazırlaşan Timo Hildebranddan sonra Kevin Trapp da Frankfurt klubundan gedə bilər.

 

Hildebrandın gedişi ilə “Ayntraxt”ın əsas qapıçısına çevrilən Trapp Bundesliqanın digər təmsilçisi “Volfsburq”un gündəmindədi. “Volfsburq” bu keçid üçün 4 milyon avro ödəməyə hazırdı. Əgər Trapp da ayrılsa, o zaman Emil Balayev çərçivə uğrunda Feliks Vidvald və Yannik Zummakla rəqabət aparmalı olacaq.

 

Yeri gəlmişkən, Harder kubokunu qazanan “Ayntraxt” bu gündən etibarən Bundesliqanın ikinci dövrəsinin hazırlığına start verib. Futbolçular laktat-testdən sonra məşqə başlayıblar. Yalnız Karlos Zambrano, Takaşi İnui və Makoto Hasebe hələ ki, komandaya qoşulmayıb.