Emil Balayevin komandasına 4 qolluq zərbə
13.01.2016 - 13:08
Emil Balayevin komandasına 4 qolluq zərbə

Azərbaycanlı qapıçı Emil Balayevin komandası “Ayntraxt” Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) təlim-məşq toplanışını başa çatdırıb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi toplanışın son günündə yoxlama oyunu keçirib.

 

“Ayntraxt” BƏƏ-də hazırlıq keçən Bundesliqanın digər təmsilçisi “Borussiya” ilə qarşılaşıb. Oyun Armin Fenin komandasının böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, “Borussiya” “Ayntraxt”ın qapısından 4 cavabsız top keçirib.

 

Emil Balayev bu oyunda iştirak etməyib. Toplanışa qatılan həmyerlimizi məşqçilər korpusu ehtiyatda saxlayıblar.

 

Bununla da, “Ayntraxt” Əbu-Dabi toplanışını başa çatdıraraq, Almaniyaya qayıdıb.