Əmrah Çəlikəl: Azarkeşləri xoş sürprizlər gözləyir
11.12.2014 - 12:13
Əmrah Çəlikəl: Azarkeşləri xoş sürprizlər gözləyir

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “İnter” oyununda azarkeşləri xoş sürprizlər gözləyir. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi matçın gözəlliyini bir qədər də artırmaq üçün müxtəlif ideyalar fikirləşib.

 

Qarşılaşmadan öncə stadionun hər bir oturacağının üstünə Azərbaycan bayraqları qoyulacaq. “Sent-Etyen”lə oyundakı böyük bayraq isə “Dnepr”lə matçdakı kimi, bu dəfə də stadiona gətirilməyəcək. Əməkdaşımızla söhbətində “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl bunu belə izah edib: “Sürprizlər olacaq. Məqsədimiz bu cür oyuna əlavə rəng qatmaqdı. Amma stadiona böyük bayraq gətirilməyəcək. Keçən dəfə həmin bayraq bir neçə yerindən cırılmışdı, bu isə yaxşı hal deyil. Əvəzində başqa sürprizlər fikirləşmişik”.