Ən yaxşı hakim müəyyənləşdi
23.01.2014 - 09:41
Dünyanın ən yaxşı qadın hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin müxtəlif ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Səsverməyə əsasən almaniyalı Bibiana Steynhaus 2013-cü ilin ən yaxşı qadın referisi olub. 112 xal toplayan almaniyalı ən yaxın izləyici isveçli Cenni Palmkvisti (57 xal) böyük fərqlə arxada qoyub. İsveçrəli Ester Staubli isə 55 xalla 3-cü olub..
Qeyd edək ki, ümumilikdə respondentlər 10 hakimə səs veriblər.
0
0