Ən yaxşı qapıçı adına namizədlər bəlli oldu
12.07.2014 - 00:46
Ən yaxşı qapıçı adına namizədlər bəlli oldu

 

Dünya çempionatının ən yaxşı qapıçısı adına namizədlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ad uğrunda Keylor Navas (Kosta-Rika), Mnauel Noyer (Almaniya) və Serxior Romero (Argentina) mübarizə aparacaqlar.

 

Navsın göstəriciləri: 5 oyun, 2 buraxılan qol, 1 sarı vərəqə, orta qiymət – 7,6

Noyerin göstəriciləri: 6 oyun, 4 buraxılan qol, orta qiymət – 6,75

Romeronun göstəriciləri: 6 oyun, 3 buraxılan qol, orta qiymət – 6,83

 

Qeyd edək ki, Noyer və Romero Almaniya və Argentina milliləri arasında keçiriləcək final oyununda da oynayacaqlar.