“Selta”nın baş məşqçisi Luis Enrike komanda ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, bununla da Enrikenin növbəti mövsüm “Barselona”nın baş məşqçisi olacağı iddiaları bir daha təsdiqini tapmış olur.
Enrike “Selta”nın oyunçuları və azarkeşləri ilə vidalaşaraq, növbəti mövsüm məşqçiliklə məşğul olub-olmayacağını bilmədiyini deyib: “Bu gün kədərli gündür. Mən komandaya və əməkdaşlara çox bağlanmışam. Biz çox gözəl mövsüm keçirdik və mən nəticə ilə fəxr edirəm. Amma başqa vacib şeylər də var. Məsələn, uzaqda olan ailəm. Buna görə də, növbəti mövsüm məşqçiliklə məşğul olacağımı bilmirəm”.
Luis Enrike “Selta”ya 2013-cü ilin iyununda gəlib. İspaniya çempionatının bitməsinə 1 tur qalmış, komanda 49 xalla 8-ci yerdədir.