Azərbaycan təmsilçiləri 2015-ci ilin ən yaxşı məşqçiləri üçün səsvermədə 4 çalışdırıcıya səs verib. Apasport.az saytının məlumatına görə, FİFA-nın Sürixdə keçirilən mərasimdə 1-ci olan Luis Enrike, həmçinin digər ispaniyalı Unay Emeri hər üç təmsilçimizdən səs alıb.
Milli komandamızın baş məşqçisi Robert Prosineçki Enrikeni 3-cü, komandanın kapitanı Rəşad Sadıqov və jurnalist Rasim Mövsümov 1-ci yerə layiq bilib.
Emeri isə milli üzvlərinin siyahılarında 2-ci, həmkarımızın seçimində 3-cü olub. Bu cütlükdən başqa, Pep Qvardiola və Xarxe Sampaoli də həmyerlilərimizdən səs almağı bacarıb.
Baş məşçqi Robert Prosineçki
Pep Qvardiola, Unay Emeri, Luis Enrike
Kapitan Rəşad Sadıqov
Luis Enrike, Unay Emeri, Pep Qvardiola
Jurnalist Rasim Mövsümov
Luis Enrike, Xorxe Sampaoli, Unay Emeri
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi