“Mançester Yunayted”in əfsanəvi futbolçularından olan fransız Erik Kantona həmyerlisi, UEFA prezidenti Mişel Platinini sərt tənqid edib. Apasport.az saytının məlumatına görə, Kantona beynəlxalq futbol qurumlarının səhv qərarlarının çoxunun arxasında Platininin durduğunu vurğulayıb.
Fransalı futbolçu 2020-ci il dünya çempionatının Qətərə verilməsi qərarını pisləyib: “FİFA prezidenti Yozef Blatter bu qərarın səhv olduğunu vurğulayıb. Amma əslində, turnirin Qətərə verilməsi Platininin fikri idi. U-21 Avropa futbol çempionatının İsrailə verilməsi də Platininin işidir. Xatırlayırsınızsa, İsrail insan haqlarının pozulmasında ittiham edilirdi. Qətərdə maraqlı heç nə yoxdur. Heç bir potensial yoxdur. Əhalisi azdır. İnsanları idmanla maraqlanmırlar və gələcəkdə də maraqlanmayacaqlar. Platini yaxşı futbolçu idi. Yaxşı insan da ola bilər. Amma o da digərləri kimi hiyləgər siyasətçidir”.