Erik Ramos: Mənim üçün öncə “Neftçi”dir
02.06.2014 - 08:18
“Neftçi” ilə danışıqlar gedir. Amma hər şeyə iyulun 2-də aydınlıq gələcək”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” ilə müqaviləsi başa çatan Erik Ramos deyib.
Paraqvaylı yarımmüdafiəçi Azərbaycandan daha bir komandadan da təklif aldığını bildirib: “Kubok oyunundan sonra Azərbaycanda daha bir klubdan təklif aldım. Hörmət əlaməti olaraq adını çəkmək istəmirəm. Mənim üçün öncə “Neftçi”dir. Onlarla danışıqlar aparıram. Əgər razılıq əldə olunmasa, digər Azərbaycan klubunu seçəcəyəm”.
Qeyd edək ki, Ramos Azərbaycan çempionatlarında 63 oyuna 3 qol vurub.
0
0