[b]Erməni futbolçu “Beşiktaş”a keçir[/b]
15.01.2015 - 23:10
[b]Erməni futbolçu “Beşiktaş”a keçir[/b]

Rusiya “Spartak”ının yarımmüdafiəçisi Araz Özbiliz qış “transfer pəncərəsi”ndə klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, 24 yaşlı erməni futbolçu Türkiyə komandasına keçməyə çox yaxındı.

 

O, İstanbul nəhəngi “Beşiktaş”ın formasını geyinə bilər. Türkiyə mətbuatı iddia edir ki, Özbilizin atası “qara qartallar”ın prezidenti ilə danışıqlar aparmaq üçün artıq İstambula gəlib.

 

Qeyd edək ki, 1990-cu ildə İstanbulda doğulan Özbiliz futbola 8 yaşında “Ayaks”da başlayıb. Daha sonra o, bu komandada oynayıb və ardından Rusiya Premyer Liqası klublarından olan “Kuban”a keçib. Araz 2013-cü ildə isə “Spartak”la 5 illik müqavilə imzalayıb. Özbiliz 2012-ci ildən Ermənistan yığmasının formasını geyinir.